Gecə-gündüz hücumlar davam edir: Gün ərzində 117 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi gün ərzində ölkə ərazisi, eləcə də Azov və Qara dəniz akvatoriyaları üzərində 117 Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, pilotsuz aparatların zərərsizləşdirilməsi hava hücumundan müdafiə sistemləri tərəfindən həyata keçirilib.
Hadisələrin hansı bölgələrdə baş verdiyi və PUA-ların hansı hədəflərə yönəldiyi barədə əlavə məlumat verilməyib. Ukrayna bu açıqlama ilə bağlı rəsmi şərh verməyib.
22:04 16.07.2026
Oxunuş sayı: 69