Dubay hakimiyyəti partlayışlarla bağlı məlumatını təkzib edib
Dubay hakimiyyəti şəhərin Dauntaun ərazisində partlayışların baş verməsi barədə yayılan xəbərləri təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə əmirliyin hökumətinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilib ki, ˝Reuters˝ agentliyinin hadisə şahidlərinə istinadən yaydığı məlumat həqiqəti əks etdirmir. Rəsmi qurumlar Dubayda hər hansı partlayış baş vermədiyini qeyd edib.
Bundan əvvəl ˝Reuters˝ şahidlərə istinadən şəhərin mərkəzində partlayış səslərinin eşidildiyini yazmışdı.
21:56 16.07.2026
Oxunuş sayı: 58