Zərdabda yol qəzasında 3 nəfər xəsarət alıb
Zərdabda yol qəzası olub, xəsarət alanlar var.
Crossmedia.az-ın xəbərinə görə, Zərdab sakini Samir Hüseynlinin idarə etdiyi “Kia Rio” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca, daha sonra bardürə çırpılıb.
Nəticədə sürücü və sərnişinləri - 2003-cü il təvəllüdlü Aydın Əhmədov, 2004-cü il təvəllüdlü Amil Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
10:54 16.07.2026
Oxunuş sayı: 51