Moskva: Ukraynanın hücumları artıq Türkiyəni hədəf alıb
Rusiya Ukraynanı Qara dənizdə, o cümlədən Türkiyəyə uzanan Mavi Axın qaz kəmərinin infrastrukturuna qarşı hücumlar təşkil etməkdə ittiham edib.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Bəyanatda bildirilib ki, Ukraynanın pilotsuz dəniz aparatları ilə həyata keçirdiyi son hücumlar Türkiyə bayrağı altında üzən gəmiləri, tanker və yük daşıyan digər gəmiləri də hədəfə alıb. Rusiya iddia edib ki, bu cür hadisələr ilk dəfə baş vermir və Mavi Axın qaz kəmərinin infrastrukturu da mütəmadi olaraq terror xarakterli hücumlara məruz qalır.
Moskva həmçinin Ankaranın baş verənlərə açıq mövqe bildirməsini və Kiyevə qarşı sərt mesaj verməsini gözlədiyini bəyan edib. Rusiya hesab edir ki, Türkiyə bu hücumlara ictimai şəkildə qiymət verməli və Ukrayna rəhbərliyinə qəti xəbərdarlıq etməlidir.
18:38 14.07.2026
Oxunuş sayı: 46