Litvalı turist nasist düşərgəsində cərimələnib
Litva vətəndaşı keçmiş nasist həbs düşərgəsinin ərazisində nasist salamı verdiyinə görə cərimələnib. Hadisə tarixi abidəni ziyarət edərkən baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, kişi həyat yoldaşı onu keçmiş konsentrasiya düşərgəsinin fonunda fotoşəkil çəkərkən nasistlərə xas şəkildə əlini yuxarı qaldırıb. Muzey əməkdaşları hadisəni görərək polisə məlumat veriblər.
Kişiyə nasizmin təbliği ittihamı irəli sürülüb. O, təqsirini etiraf edib və təyin olunan cəriməyə etiraz etməyib.
Qeyd edək ki, daha əvvəl Polşada yerləşən keçmiş nasist həbs düşərgəsi Auşvitsin ərazisində qəhvədən narazılıq edən turist sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. Qadın sifariş etdiyi çiyələkli smuzini də bəyənmədiyini bildirib.
Sosial şəbəkə istifadəçiləri ona düşərgədə 1,1 milyon insanın həyatını itirdiyini xatırladıblar. Turist isə ünvanına yönələn tənqidlərə cavab olaraq insanları susmağa çağırıb.
23:43 12.10.2026
Oxunuş sayı: 39