İran ABŞ-yə xəbərdarlıq etdi: “Atəşlə oynamayın!
İran ABŞ-nin Hörmüz boğazının açılması ilə bağlı irəli sürdüyü yeddi şərtdən bəzilərini qəbul etdiyini, lakin Vaşinqtonun cavabını yetərli hesab etmədiyini açıqlayıb. Bununla yanaşı, İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid İbnür-Rza ABŞ-yə xəbərdarlıq edərək, ölkəsinin silahlı qüvvələrinin istənilən təhdidə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın yarırəsmi “Tasnim” xəbər agentliyi məlumat yayıb.
İran tərəfinin açıqlamasına görə, Rızai ABŞ-nin İrana məxsus yeddi şərtdən bəzilərini qəbul etdiyini bildirib. Bununla belə, o, Vaşinqtonun cavabını qeyri-kafi qiymətləndirib.
“İran diplomatiyası dəyişib və biz artıq əvvəlki vəziyyətə qayıtmayacağıq”, – deyə Rızai vurğulayıb.
İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən briqada generalı Məcid İbnür-Rza isə Tehranda sənaye müəssisələrinin rəhbərləri ilə görüşündə ölkəsinin təhdidlər qarşısında geri çəkilməyəcəyini bildirib.
“ABŞ-yə mesajım budur: atəşlə oynamayın, silahlı qüvvələrimizin əli doludur”, – deyə o qeyd edib.
İbnür-Rza əlavə edib ki, İranın elmi, sənaye və müdafiə imkanlarının artırılması zəruridir. Onun sözlərinə görə, ölkəsi milli təhlükəsizliyini və maraqlarını qorumağa, istənilən təhdidə qarşı hazır olmağa davam edəcək.
“Mesajımız çox aydındır: İran sivilizasiyasını təhdid edə bilməzsiniz. Sivilizasiyalar toqquşmasının alovunu yandıranlar bu alovun özlərini də bürüməyəcəyini düşünməsinlər”, – deyə müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxs bildirib.
02:19 13.10.2026
Oxunuş sayı: 54