Rusiya Ukraynanı terrorçuluqda ittiham etdi
Rusiya Ukraynanı Azov və Qara dənizdə terror xarakterli fəaliyyət göstərməkdə ittiham edib.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Bəyanatda bildirilib ki, Ukraynanın bu bölgələrdə həyata keçirdiyi fəaliyyət piratçılıq deyil, terrorizm kimi qiymətləndirilir. İddia olunub ki, məqsəd maddi qazanc əldə etmək deyil, zərər vurmaq və qorxu yaratmaqdır.
Rusiya həmçinin Ukraynanın Rusiyaya zərər vurmaq üçün Afrika qitəsində fəaliyyət göstərən ekstremist qruplarla və digər silahlı dəstələrlə əməkdaşlıq etdiyini iddia edib.
Bəyanatda qeyd olunub ki, Rusiya Azov və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə qarşı yarandığı bildirilən təhdidlərin neytrallaşdırılması istiqamətində iş aparır.
Bununla yanaşı, Moskva Afrika ölkələrinə ərzaq tədarükü ilə bağlı öhdəliklərini həm kommersiya müqavilələri, həm də humanitar yardım çərçivəsində bundan sonra da yerinə yetirəcəyini bəyan edib.
18:25 14.07.2026
Oxunuş sayı: 42