Milli Məclisin sədri Qətərə səfər edib
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Dohaya səfərə yollanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi Azərbaycan Hökuməti adından Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı çatdırmaqdır.
Nümayəndə heyəti iyulun 14-də Qətərin paytaxtı Doha şəhərinə yola düşüb.
17:21 14.07.2026
Oxunuş sayı: 43