Ağdərədə avtomobil aşdı - ər-arvad öldü
Ağdərə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnib.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, hadisə Həsənriz–Umudlu yolunda qeydə alınıb.
Gecə saatlarında avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri N. Əsgərov və həyat yoldaşı K. Əsgərova hadisə yerində həyatını itiriblər.
Qəza zamanı avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Məhəbbət Tərlanoğlu
14:57 14.07.2026
Oxunuş sayı: 82