Fransa Ukraynanın silah istehsalına ˝yaşıl işıq˝ yandırdı
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna 2028–2029-cu illərdə Fransaya məxsus Rafale çoxməqsədli döyüş təyyarələri ilə təmin olunacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Makronun sözlərinə görə, Fransa Ukraynaya SAMP/T zenit-raket kompleksləri üçün Aster-30 zenit raketlərinin, AASM Hammer aviasiya bombalarının və SCALP qanadlı raketlərinin istehsalı üçün də lisenziyalar təqdim edəcək.
Fransa lideri qeyd edib ki, bu addımlar Ukraynanın müdafiə sənayesinin imkanlarını gücləndirməyə yönəlib.
22:58 13.07.2026
Oxunuş sayı: 109