Zelenski Makrona Ukraynanın ən yüksək mükafatını təqdim edib
Ukrayna lideri Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronu Ukraynanın ən mühüm dövlət mükafatlarından biri olan Azadlıq˝ ordeni ilə təltif edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mükafatlandırma mərasimi Arzu edənlər koalisiyası çərçivəsində 25 ölkənin nümayəndələrinin görüşündən əvvəl keçirilib.
Görüşün gündəliyinə Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi, Antiballistik koalisiyanın inkişafı, eləcə də ümumavropa raketdən müdafiə sisteminin yaradılması ilə bağlı təşəbbüslər daxil olub.
20:38 13.07.2026
Oxunuş sayı: 74