KİV: Lindsi Qrehemin ölümü Ukraynanı Trampla mühüm əlaqə kanalından məhrum edib
ABŞ senatoru Lindsi Qrehemin ölümü Ukraynanı Prezident Donald Trampla ən effektiv əlaqə kanallarından birindən məhrum edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin yazdığına görə, Qrehem mütəmadi olaraq Ukraynaya səfər edir və Donald Trampın ikinci prezidentlik müddətinin böyük hissəsində Ağ Evlə Kiyev arasında gərgin münasibətlərə baxmayaraq, ABŞ-ın Ukraynaya dəstəyinin qorunması üçün çalışıb.
"Bloomberg" qeyd edir ki, bundan sonra Ukrayna və ABŞ-ın digər müttəfiqləri Vaşinqtonda öz maraqlarını müdafiə edəcək yeni tərəfdaşlar axtarmalı olacaqlar və bu, asan olmayacaq.
Nəşrin qiymətləndirməsinə görə, Lindsi Qrehem Donald Trampla yaxın münasibətləri, demokrat senatorlarla işləmək bacarığı və xarici liderlərlə qurduğu möhkəm əlaqələr sayəsində unikal siyasi imkanlara malik idi.
"Bloomberg" vurğulayır ki, Volodimir Zelenskinin ABŞ Prezidenti ilə sabit münasibətlər qurmaqda çətinlik çəkdiyi bir dövrdə Qrehem Ukrayna liderinin Vaşinqtondakı ən mühüm müttəfiqlərindən biri hesab olunurdu.
17:57 13.07.2026
Oxunuş sayı: 42