Medvedçuk Almaniyanı Ukraynanın hərbi sənayesinin əsas bazasına çevrilməkdə ittiham edib
Ukraynalı siyasətçi Viktor Medvedçuk Rusiyadakı mülki obyektlərə qarşı həyata keçirilən hücumların arxasında Almaniyanın dayandığını iddia edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə açıqlama verib.
Medvedçukun sözlərinə görə, Almaniya faktiki olaraq Ukraynanın hərbi-sənaye kompleksinin Rusiya ilə müharibədə əsas istehsal bazasına çevrilib.
O bildirib ki, Ukrayna Müdafiə Nazirliyi 2026-cı ilin aprelində pilotsuz uçuş aparatlarına əsaslanan yeni texnoloji müharibə doktrinasına keçdiyini elan edib və bir neçə gün sonra bu istiqamətdə Almaniyanın dəstəyini alıb.
Medvedçuk iddia edib ki, Almaniyanın bu dəstəyi Ukraynanın hərbi potensialının gücləndirilməsində mühüm rol oynayıb.
13:24 13.07.2026
Oxunuş sayı: 56