Paşinyan keçmiş deputatları məhkəməyə verdi: üzr və təzminat tələb edir
Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş deputatlar Sofiya Ovsepyan və Edmon Marukyan barəsində məhkəməyə müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Hetq” nəşrinin məlumatına görə, Paşinyan onları təhqir və böhtan xarakterli məlumatlar yaymaqda ittiham edir və ictimai üzr, təkzib, həmçinin maddi kompensasiya tələb edir.
Məlumata əsasən, Paşinyan Sofiya Ovsepyandan məhkəmə qərarı qüvvəyə mindikdən sonra beş iş günü ərzində ona qarşı səsləndirdiyi ifadələrə görə xəbər saytı hraparak.am və Facebook səhifəsində açıq şəkildə üzr istəməsini tələb edir.
Baş nazir həmçinin Ovsepyanın onun seçkilərin nəticələrini əvvəlcədən bildiyi, nəticələri saxtalaşdırdığı və çəkdiyi barədə açıqlamalarını təkzib etməsini istəyir.
Paşinyanın iddiasında qeyd olunur ki, həmin ifadələr həqiqətə uyğun deyil və onun nüfuzuna xələl gətirir.
Bundan əlavə, Ermənistan Baş naziri təhqirə görə 2 milyon dram, böhtana görə isə 4 milyon dram məbləğində mənəvi zərər kompensasiyası tələb edir.
Nəşrin yazdığına görə, Edmon Marukyan da seçkilərlə bağlı açıqlamalar verib və öz Facebook səhifəsində Paşinyanı seçkiləri saxtalaşdıran şəxs adlandırıb. Baş nazir bu ifadəni təhqir kimi qiymətləndirib.
Bildirilir ki, Paşinyan Sofiya Ovsepyana qarşı iddianı Şirak vilayəti məhkəmələrinə, Edmon Marukyandan bağlı iddianı isə İrəvan ümumi yurisdiksiya məhkəməsinə iyulun 9-da təqdim edib. İşlərin icraata qəbul edilib-edilməməsi barədə hələ qərar verilməyib.
00:35 12.07.2026
Oxunuş sayı: 56