Ucarda itkin düşən yeniyetmədən acı xəbər
Ucarda 16 yaşlı yeniyetmə suda boğulub.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Elsafa Hacıyev Qazyan kəndi ərazisindən keçən su arxında boğulub.
Hadisə yerinə hüquq mühafizə orqanları və Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
Yeniyetmənin axtarışları istiqamətində zəruri işlər davam etdirilir. (Report)
12:06 11.07.2026
Oxunuş sayı: 59