Çin və Moskva İrana qarşı açıq dəstək göstərdilər
Çin və Rusiya BMT-nin Beynəlxalq Dəniz Təşkilatının Şurasında Birləşmiş Ərəb Əmirliklərinin İrana qarşı təqdim etdiyi sənədi dəstəkləməyərək rədd ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pekin çıxışı zamanı İranın sahilyanı dövlət kimi beynəlxalq hüquq çərçivəsində qanuni hüquqlara malik olduğunu vurğulayıb.
Moskva isə sözügedən sənədi siyasi qərəzli adlandırıb və bildirib ki, sənəddə münaqişənin yaranmasına səbəb olan amillər nəzərə alınmayıb.
00:17 11.07.2026
Oxunuş sayı: 53