Küveytdə ABŞ hərbi bazası yaxınlığında böyük yanğın baş verib
Peyk görüntülərində Küveytdə Ərifcan düşərgəsinin yaxınlığında böyük yanğın baş verdiyi əks olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yanğının səbəbi hələlik məlum deyil. Bildirilir ki, sözügedən yanğın İranın hücumundan əvvəl müşahidə olunmayıb.
Qeyd olunur ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl yaydığı açıqlamada ABŞ-nin hücumuna cavab olaraq həyata keçirilən ilk zərbə zamanı Ərifcan bazasının hədəf alındığını bildirib.
23:36 10.07.2026
Oxunuş sayı: 60