Qazaxıstanda marketpleyslərdə nüvə silahlarının satışı qadağan edilib
Qazaxıstanın Ticarət Nazirliyi elektron ticarət platformalarında yerləşdirilməsi və satışı qadağan olunan, eləcə də məhdudlaşdırılan malların rəsmi siyahısını təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Siyahıya odlu və soyuq silahlarla yanaşı, təsir gücü radioaktiv şüalanma və bioloji təsirə əsaslanan silahlar da daxil edilib.
Beləliklə, Qazaxıstanda marketpleyslər vasitəsilə nüvə və digər kütləvi məhvetmə vasitələrinin satışına icazə verilməyəcək.
22:40 10.07.2026
Oxunuş sayı: 53