Tramp Ağ Evdə tikinti üçün beton qiymətini ˝öldürür˝
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yeni bal zalının tikintisi ilə bağlı işlərdə şəxsən iştirak edir və hətta betonun qiyməti ilə bağlı danışıqlara qoşulur.
Crossmedia.az xəbər verir ki, ˝The Washington Post˝ qəzetinin məlumatına görə, otelçilik fəaliyyəti dövründən xırda detallara belə nəzarət etməyə öyrəşən Tramp martın 4-də Şərq qanadında həyata keçirilən layihə üzrə danışıqlara qatılıb.
Bildirilib ki, ABŞ lideri helikopter meydançasının tikintisi, giriş yolunun yenidən qurulması, portikin hazırlanması, daş işlərinin qiyməti və drenaj sisteminə ediləcək dəyişikliklərlə bağlı məsələlərə də nəzarət edib.
Məlumata görə, Tramp layihəyə aktiv şəkildə müdaxilə edir və gələcək bal zalı ilə digər obyektlərin planlarını şəxsən nümayiş etdirir.
22:32 10.07.2026
Oxunuş sayı: 57