ABŞ-Türkiyə müdafiə əməkdaşlığında yeni mərhələ başladı
ABŞ-nin F110 döyüş təyyarəsi mühərriklərinin Türkiyəyə satışı istiqamətində mühüm mərhələ geridə qalıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ABŞ Konqresində sözügedən satışla bağlı nəzərdə tutulan baxış müddəti hər hansı etiraz olmadan başa çatıb. Bununla da Türkiyənin yerli KAAN qırıcı təyyarəsi proqramı üçün bu mühərrikləri əldə etməsi qarşısındakı hüquqi maneələrin aradan qalxdığı bildirilir.
F110 mühərriklərinin Türkiyəyə tədarükü KAAN layihəsinin inkişafında mühüm addımlardan biri hesab olunur. Satış prosesinin növbəti mərhələləri ilə bağlı əlavə detallar açıqlanmayıb.
22:24 10.07.2026
Oxunuş sayı: 61