İsrail döyüşə girmək üçün ABŞ-dən icazə istəyir
ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin İranla mümkün yeni gərginlik mərhələsində birbaşa iştirakının qarşısını almağa çalışır.
Crossmedia.az xəbər verir ki, ˝CNN˝ telekanalının yaydığı məlumata görə, Vaşinqton eskalasiyaya nəzarəti itirməkdən ehtiyat edir.
Məlumata əsasən, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin mümkün hərbi əməliyyatlarına qoşulmaqda maraqlı olduğunu bildirib. Lakin Ağ Ev hazırkı mərhələdə İsrailin döyüş əməliyyatlarına cəlb olunmasına qarşı çıxır. ABŞ administrasiyası bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Bununla yanaşı, İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl bildirib ki, İsrail ordusu zərurət yaranacağı təqdirdə İrana qarşı hərbi əməliyyatları müstəqil şəkildə bərpa etməyə hazırdır.
İsrail tərəfdə Donald Trampın genişmiqyaslı müharibəyə meyilli olmadığı düşünülür. Ən sərt ssenari kimi isə ABŞ-nin İran limanlarına dəniz blokadası tətbiq etməsi ehtimalı nəzərdən keçirilir.
21:36 10.07.2026
Oxunuş sayı: 59