Tokayevdən Trampa xüsusi dəvət
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ lideri Donald Tramp ilə telefon danışığı keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Danışıq zamanı Tokayev Trampı ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.
Tərəflər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən iqtisadi əlaqələrin inkişafı və siyasi dialoq məsələlərini müzakirə ediblər.
Qazaxıstan Prezidenti, həmçinin Donald Trampa onun üçün uyğun olan istənilən vaxt ölkəyə səfər etmək barədə dəvət ünvanlayıb.
21:20 10.07.2026
Oxunuş sayı: 60