Aİ İsrailin siyasətinə qarşı mövqeyini sərtləşdirir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında İsrailin İudeya və Samariya, Şərqi Qüds və Colan təpələrindəki yaşayış məntəqələrindən idxal olunan məhsullara qarşı məhdudiyyətlərin sərtləşdirilməsi ilə bağlı mümkün tədbirləri əks etdirən daxili sənəd yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sənəd gələn həftənin əvvəlində Aİ xarici işlər nazirlərinin iclasında təqdim ediləcək.
Diplomatik mənbələrin məlumatına görə, iyun ayında 20-dən çox ölkə Avropa Komissiyasına həmin yaşayış məntəqələri ilə ticarətin məhdudlaşdırılması üçün mümkün variantların hazırlanması ilə bağlı müraciət edib.
21:04 10.07.2026
Oxunuş sayı: 58