Laos ŞƏT-in dialoq üzrə tərəfdaşı statusu aldı
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Laos arasında bu ölkəyə təşkilatın dialoq üzrə tərəfdaşı statusunun verilməsinə dair memorandum imzalanıb.
Crossmedia.az xəbər verir ki, imzalanma mərasimi cümə günü Çinin paytaxtı Pekində keçirilib.
Memorandumun imzalanması ilə Laos rəsmi olaraq ŞƏT ilə əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub və təşkilatın dialoq üzrə tərəfdaşı statusunu əldə edib.
Qeyd edək ki, ŞƏT çərçivəsində dialoq üzrə tərəfdaş statusu təşkilata üzv olmayan dövlətlərə təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığı genişləndirmək imkanı yaradır.
12:23 10.07.2026
Oxunuş sayı: 47