Bakıda silahlı insident: Kişi arvadını küçədə güllələdi - YENİLƏNİB
İyulun 9-da saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Şamaxinka ərazisindən çağırış qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Kliniki Tibb Mərkəzdən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibb Mərkəzə hospitalizasiya olunub. Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Qeyd edilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
17:17
️Bakıda kişi arvadını küçədə güllələyib öldürdü
Bakıda silahlı insident baş verib.
Crosmedia.az Unikal-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.
Belə ki, kişi tapança ilə arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib.
18:37 09.07.2026
Oxunuş sayı: 257