İran Pakistana dəstəyə görə təşəkkür edib
İran parlamentinin (Məclis) sədri Məhəmməd Baqir Qalibaf Pakistanın Senat sədri Yusif Rza Gilani ilə görüşdə İslamabadın Tehrana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Qalibaf bildirib ki, İran çətin dövrlərdə Pakistan xalqı və rəhbərliyinin göstərdiyi dəstəyi yüksək qiymətləndirir.
Tərəflər iki ölkə xalqları arasında dostluq münasibətlərini bir daha təsdiqləyiblər.
Pakistan Senatının sədri Yusif Rza Gilani isə qeyd edib ki, İranın inkişafı bütün regionda sülh və sabitliyə töhfə verir. O, həmçinin İran və Pakistan parlamentləri, eləcə də xalqları arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
16:22 04.07.2026
Oxunuş sayı: 52