Zelenski: Ukrayna silah istehsalında Rusiyanı geridə qoya bilər
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin yaxın gələcəkdə silah istehsalında Rusiyanı geridə qoymaq potensialına malik olduğunu bildirib.
Crossmedia.az UNIAN-a istinadən xəbər verir ki, o Təhlükəsizlik Qərargahının iclasından sonra Ukraynanın artıq pilotsuz uçuş aparatları, yerüstü robot kompleksləri, raket proqramı, radioelektron mübarizə vasitələri və digər hərbi texnikanın istehsalını sürətlə artırdığını bildirib.
Zelenskinin sözlərinə görə, prioritet istiqamətlərdən biri də yerli ballistik və antiballistik sistemlərin hazırlanmasıdır. O qeyd edib ki, istehsalın, sınaqların və tətbiqin sürətləndirilməsi üçün konkret addımlar müəyyənləşdirilib.
Prezident əlavə edib ki, Ukraynanın Hava Hücumundan Müdafiə sistemlərinin gücləndirilməsi yaxın günlərdə diplomatik danışıqlarda əsas mövzulardan biri olacaq. Bununla yanaşı, silah istehsalının genişləndirilməsi üçün beynəlxalq tərəfdaşlardan əlavə maliyyə dəstəyinin cəlb edilməsi istiqamətində iş aparılır.
07:40 04.07.2026
Oxunuş sayı: 72