İranın ali rəhbəri atasının dəfninə gəlmədi
İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda əsas nümayəndələrdən biri olan Məhəmməd Baqer Qalibaf Tehranda Əli Xamenei ilə vida mərasimi zamanı göz yaşlarını saxlaya bilməyib.
Crossmedia.az bu barədə ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir.
Məlumata görə, öldürülən Əli Xameneinin oğlu və hazırkı ali dini lider Müctəba Xamenei təhlükəsizlik səbəbləri ilə dəfn mərasimlərində iştirak etməyib.
Vida mərasiminin ilk günündə Grand-Mosalla məscidində İran prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və İran məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni-Ejei də iştirak ediblər.
21:07 03.07.2026
Oxunuş sayı: 56