İtkin-şəhid Dəyanət Musayevlə vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayevlə vida mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, mərhumla vida mərasimi Ucar rayonunun Boyat kəndində olub.
Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Nəşin qalıqları vida mərasimindən sonra dəfn olunması üçün Boyat kənd qəbiristanlığına aparılacaq.(Report)

13:07 03.07.2026
Oxunuş sayı: 50