Qalibafın İran televiziyasında canlı yayımı qəfil dayandırıldı
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın dövlət televiziyasına verdiyi müsahibə canlı yayım zamanı gözlənilmədən yarımçıq kəsilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Qalibaf müsahibə zamanı dövlət televiziyasının fəaliyyətini, xüsusilə də Livanla bağlı yayımlanan materiallara görə ünvanlanan tənqidləri şərh edirdi. Elə bu vaxt yayım qəfil dayandırılıb və ekran qaralıb.
Hadisənin texniki nasazlıqdan, yoxsa başqa səbəbdən baş verdiyi barədə rəsmi açıqlama verilməyib.
08:25 03.07.2026
Oxunuş sayı: 63