Beyin pili müalicəsində müasir yanaşmalar müzakirə olunub
“Beyin pili tətbiqlərində müasir yanaşmalar: xəstə seçimi, cərrahiyyə və proqramlaşdırma Seminarı” keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Liv Bona Dea Hospital tərəfindən təşkil olunub.
Seminarda beyin pili müalicəsinin hansı xəstələrə, nə zaman və necə tətbiq edilməsinin məqsədəuyğun olduğu, pasiyent seçimi meyarları, cərrahi müdaxilə prosesi və əməliyyatdan sonrakı proqramlaşdırmanın müalicənin uğuruna təsiri sahənin aparıcı mütəxəssisləri tərəfindən ətraflı şəkildə müzakirə edilib.
Tədbirdə beyin pili texnologiyasının Parkinson xəstəliyi, distoniya, essensial tremor və Tourette sindromu kimi müxtəlif nevroloji xəstəliklərin müalicəsində yaratdığı yeni imkanlar, elmi araşdırmaların nəticələri və real pasiyent təcrübələri əsasında təqdimatlar olub.
Seminarda Türkiyənin Atlas Universitetinin rektoru, beyin və sinir cərrahı professor Ersoy Kocabıçak və Atlas Universitetinin nevroloqu Dr. Seda Bostan məruzələrlə çıxış ediblər.
Məruzəçilər beyin pili müalicəsində tətbiq olunan müasir yanaşmalar, pasiyentlərin düzgün seçilməsi, cərrahi müalicənin xüsusiyyətləri və əməliyyatdan sonrakı proqramlaşdırmanın uzunmüddətli nəticələrə təsiri barədə ətraflı məlumat verərək iştirakçıların suallarını cavablandırıblar.
Seminar çərçivəsində Parkinson xəstəliyi, distoniya, essensial tremor və Tourette sindromu kimi nevroloji xəstəliklərin müalicəsində beyin pili texnologiyasının perspektivləri, elmi sübutlara əsaslanan yanaşmalar və klinik təcrübələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Nigar Xəlilli
10:00 02.07.2026
Oxunuş sayı: 66