Peşə təhsili müəssisələrində “Məzun Günü” tədbirləri KEÇİRİLDİ
Bakıda və regionlarda yerləşən 78 peşə təhsili müəssisəsində "Məzun Günü" tədbirləri keçirilib.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən Crossmedia.az-a məlumat verilib.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Elm və Təhsil Nazirliyinin tabeliyindəki 78 peşə təhsili müəssisəsindən 18 612 tələbə məzun olur. Məzun olan tələbələrdən 1478 nəfər ilk peşə təhsili səviyyəsi, 16596 nəfər texniki peşə təhsili səviyyəsi və 538 nəfər yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil alıb.
16:37 01.07.2026
Oxunuş sayı: 51