Azərbaycan Başqırdıstandan toyuq əti idxalını artırıb
Azərbaycan Başqırdıstandan quş əti idxal edən əsas ölkələrdən biri olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin yanvar–may aylarında Başqırdıstan xarici ölkələrə 1,1 min ton quş əti ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycana 310 ton, Özbəkistana 596 ton, Tacikistana isə 136 ton toyuq əti göndərilib.
Bundan əlavə, iyunun 24–25-də Başqırdıstanın Blaqoveşensk şəhərindən Azərbaycana daha 97 ton broyler toyuq əti ixrac olunub.
Rosselxoznadzor bildirib ki, göndərilən bütün məhsullar idxalçı ölkələrin baytarlıq və keyfiyyət tələblərinə uyğundur.
16:07 01.07.2026
Oxunuş sayı: 42