ABŞ və İran arasında münaqişənin uzunmüddətli davam etməsi ehtimalı irəli sürülüb
ABŞ və İran arasında münaqişənin tərəflərin qarşılıqlı güzəştləri təhlükəli hesab etməsi səbəbindən illərlə davam edə biləcəyi iddia edilir.
Crossmedia.az xəbər verir ki, “Foreign Affairs” bu barədə məlumat yayıb.
Nəşrdə analitik Əli Vaezin fikirlərinə yer verilib. Onun qiymətləndirməsinə görə, ABŞ münaqişə zamanı qarşısına qoyduğu əsas məqsədlərə tam nail olmayıb, lakin İrana zərbələr endirmək və ölkə iqtisadiyyatını zəiflətmək imkanlarını qoruyur.
İran isə ABŞ-nin regiondakı hərbi bazalarını və Vaşinqtonun müttəfiqlərini təhdid etməklə yanaşı, Hörmüz boğazından keçən gəmiçilik üçün də risk yaratmaq imkanına malikdir.
Vaezin fikrincə, tərəflər arasında danışıqlar müəyyən müddətlik fasilələr yarada bilər. Lakin Vaşinqtonla Tehran arasında dərin qarşılıqlı etimadsızlıq bu danışıqların davamlı sülhə çevrilməsinə mane olur.
“Foreign Affairs”in hazırkı materiallarında da ABŞ-İran münaqişəsinin uzunmüddətli xarakteri və diplomatik həll imkanları ilə bağlı müxtəlif təhlillər dərc olunur.
14:04 30.09.2026
Oxunuş sayı: 43