ABŞ 10 şəxs və quruma sanksiya tətbiq etdi
ABŞ İrana silah və silah komponentlərinin tədarükünə kömək etməkdə ittiham olunan 10 şəxs və quruma qarşı sanksiya tətbiq edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyaya məruz qalan şəxslər və qurumlar arasında Çin, Honkonq və Pakistanda fəaliyyət göstərən tərəflər də var.
Vaşinqtonun bildirdiyinə görə, onlar İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi üçün silah və müvafiq komponentlərin əldə edilməsinə kömək göstəriblər.
Sanksiyalar ABŞ administrasiyasının İrana qarşı “Operation Economic Outcast” adlandırdığı iqtisadi təzyiq kampaniyasının bir hissəsidir. ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İranın hərbi imkanlarının bərpasına kömək edən şəxsləri və şəbəkələri hədəf almağa davam edəcək.
ABŞ Maliyyə Nazirliyi sanksiyaların Tehranın silah proqramlarını yenidən qurmaq imkanlarını zəiflətmək və tədarük prosesinə dəstək verənlər üçün xərcləri artırmaq məqsədi daşıdığını açıqlayıb.
12:28 30.09.2026
Oxunuş sayı: 45