"Barselona" Holannın keçidi üçün 151 milyon avro təklif etməyi planlaşdırır
İspaniya təmsilçisi "Barselona" İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holannın mümkün transferi üçün hazırlıqlara başlayıb.
Crossmedia.az "İndykaila News"a istinadən xəbər verir ki, hazırkı ölkə çempionu norveçli hücumçu üçün növbəti yay 151 milyon avro təklif etməyi planlaşdırır.
E.Holann 2022-ci ildən "şəhərlilər"də çıxış edir. O, komandanın heyətində iki dəfə Premyer Liqanın, bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
26 yaşlı forvardın "Mançester Siti" ilə müqaviləsinin müddəti 2034-cü ilin yayınadək qüvvədədir.
15:18 30.09.2026
Oxunuş sayı: 38