Nazir: Müəllim əməkhaqqlarının ən yüksək səviyyədə olmasını istəyirik
Bu il tarix, fiziki tərbiyə, texnologiya, Təsviri incəsənət, musiqi müəllimləri - ümumilikdə 16938 müəllim sertifikatlaşdırma imtahanında iştirak edib.
Crossmedia.az xəbər verir ki, bunu ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir əlavə edib ki, müəllimlərim göstəricilərinə baxdıqda görürük ki, nazirlik elə də çətin suallar qoymayıb: "Biz müəllimləri işdən azad etmək məqsədi daşımırıq, biz bu ağır prosesdə məktəbləri daha savadlı müəllimlərlə təmin etməyə çalışırıq. İndi bu prosesə başlamaq illər sonra daha böyük problemin qarşısını alır. Heç bir yüksək bal toplayan müəllim nazirliyin yaratdığı xüsusi şəraitə görə yüksək bal toplamadı, öz savadına görə topladı".
E.Əmrullayev qeyd edib ki, son 10 ildə müəllimlərin əməkhaqqıları artan şkalada davam edir: "Bizim də istəyimiz ondan ibarətdir ki, müəllim əməkhaqqıları ən yüksək əməkhaqqılardan olsun. Lakin obyektiv və subyektiv nüansları nəzərə almaq lazımdır. Hazırda 14372 müəllim 500 manata qədər, 45126 müəllim 500-1000 arası, 40240 müəllim 1000-1500 arası, 14228 müəllim 1500-2000 manat, 1426 müəllim isə 2000 manat və daha artıq əməkhaqqı alır.
Ayhan
10:46 30.06.2026
Oxunuş sayı: 47