“Ozempic” reklamları yeni sağlamlıq təhlükəsi yaradıb
2017-ci ildə 2-ci tip diabetin müalicəsi üçün hazırlanmış Ozempic preparatı son illərdə arıqlama məqsədilə geniş istifadə olunaraq qlobal trendə çevrilib. Bununla yanaşı, mütəxəssislər dərmanın aqressiv reklam kampaniyalarının cəmiyyətə mənfi təsir göstərdiyini bildirirlər.
Crossmedia.az xəbər verir ki, ABŞ-də bu preparatın reklamına hər il yarım milyard dollardan çox vəsait xərclənir. Reklamlarda arıqlamadan əvvəl və sonrakı görüntülərin geniş şəkildə nümayiş etdirilməsi artıq çəkiyə münasibətdə mənfi stereotipləri gücləndirir və müxtəlif yaş qruplarında ideal bədən quruluşu ilə bağlı sosial təzyiq yaradır.
Araşdırmalara görə, bu tendensiya insanların bədən imicinə mənfi təsir göstərir, qidalanma pozuntularının artmasına və preparatın tibbi göstəriş olmadan qanunsuz yollarla əldə edilməsinə səbəb olur. Mütəxəssislər hesab edirlər ki, marketinq kampaniyaları preparatın mümkün yan təsirləri və tibbi riskləri ilə bağlı elmi xəbərdarlıqları kölgədə qoyur.
01:35 30.06.2026
Oxunuş sayı: 43