İranla yaxınlaşma ABŞ ilə BƏƏ-nin və digər Ərəb ölkələrinin uzaqlaşma ilə nəticələnir
ABŞ dövlət katibi Marko Rubionun Yaxın Şərqə səfəri barədə məlumat verilir. Ağ Ev rəhbəri Donald Tramp və bütünlüklə ABŞ-nin xarici siyasəti üçün bu mühüm dövrdə Rubionun müsəlman dünyasının tanınmış dövlətinə səfər etməsi ciddi marağa səbəb olub. Bu da təbiidir. Birləşmiş Ərəb Əmirlikləri ABŞ-nin İrana hücumu zamanı onun müdafiə tədbirindən narazı qalan ərəb ölkəsidir. Münaqişənin bitməsi istiqamətində atılan hazırki addımlar müharibədən sonrakı dövrə hazırlaşmağı tələb edir. Rubio Yaxın Şərq ölkələrini bu dövrə hazırlamaq üçün yola çıxıbmı?
İyunun 24-də
ABŞ xarici siyasət idarəsinin rəhbərini BƏƏ prezidenti Məhəmməd bin Zaid qəbul
edib. Dövlət Departamentindən verilən məlumata görə, təmasların əsas məqsədi
ABŞ-nin müttəfiqlərinə Amerika-İran anlaşma memorandumunun əsas məğzini izah
etməkdir. Çünki Ərəb dövlətləri bu müqavilə ABŞ-nin İrana ciddi şəkildə güzəştə
getdiyini düşünür və bu güzəştin onlar üçün gələcəkdə böyük təhlükə
gətirəcəyinin fərqindədirlər. Ərəb paytaxtlarında Rubionun hansı şəkildə
qarşılanacağı da maraq doğurur. Ənənəvi qarşılanma mərasimi qüvvədədirmi?
Rubionun BƏƏ lideri ilə görüşü iyunun 24-də, Dövlət
Departamentinin rəhbərinin Əbu-Dəbiyə gəlişindən bir gün sonra baş tutub. Danışıqlar
zamanı dövlət katibi ABŞ-ın Yaxın Şərqdəki müharibə başlayandan İran
hücumlarından ən çox əziyyət çəkən ərəb ölkəsinin təhlükəsizliyini təmin etməyə
davam edəcəyini təsdiqləyib. Gündəliyin mərkəzində həmçinin "Hormuz boğazından
tam və təhlükəsiz tranzitin təmin edilməsi səyləri, habelə regionda sülh və
sabitliyin əhəmiyyəti" dayanırdı, - deyə Dövlət Departamentinin rəsmi
nümayəndəsi Tommi Piqott bildirib. "Dövlət Katibi BƏƏ-yə onların
liderliyinə və göstərdiyi misilsiz dəstəyə görə təşəkkür edib, İran hücumları
qarşısında cəsarət və dözümlülüyünü yüksək qiymətləndirib", - deyə Dövlət
Departamentinin mətbuat xidmətində əlavə edilib.
Bundan sonra Rubio yenə də Ərəb dövlətləri içərisində özünəməxsus yer tutan Küveyt və Bəhreynə yola düşüb. Bu ölkələr də
fevralın 28-də Amerika-İsrail əməliyyatı başlayandan İran raketləri və
dronlarının şiddətli hücumuna məruz qalmışdılar. Eyni zamanda ABŞ-nin onları
lazım olan səviyyədə müdafiə etməməsi bu ölkələri də narazı salmışdı. Amerika
tərəfinin bildirdiyinə görə, dövlət katibinin Yaxın Şərq turunun məqsədi
müttəfiqləri iyunun 17-də İranla distant şəkildə bağlanmış razılaşmanın
verəcəyi faydalar və növbəti tənzimləmə mərhələsi üzrə danışıqların gedişi
barədə məlumatlandırmaqdır. "Biz onlara (müttəfiqlərə ) onların
fikirlərinin nəzərə alındığına və təhlükəsizlik narahatlıqlarını, habelə
regional iqtisadi problemləri anladığımıza dair zəmanət vermək istəyirik",
- deyə Amerika diplomatiyasının rəhbəri. "Buna görə də burada olmaq və
onlarla danışmaq bizim üçün təbiidir, çünki bu onlar üçün çox vacib
məsələdir".
Lakin missiya çətin gedir. Rubio Əbu-Dəbidə razılaşmaya qarşı iddiaların səsləndirilməsi
ilə üzləşib. Belə ki Əmirliklər dövlət katibi ilə danışıqlar
zamanı bunu aydınlaşdırıblar: İran müharibə zamanı BƏƏ-yə vurduğu milyardlarla
dollarla qiymətləndirilən ziyanı kompensasiya etməlidir. Birincisi, bu,
otellər, hava limanları və s. kimi mülki obyektlərin dağıdılmasına aid olan
birbaşa ziyandır. İkincisi, bu, Əmirliklərə Hormuz boğazı vasitəsilə və təkcə
onunla məhdudlaşmayan dəniz ticarətinin dayandırılması ilə vurulmuş dolayı
ziyandır. Dubay və Əbu-Dəbi limanları region münaqişəsi fonunda böyük itkilər
verən iri ticarət qovşaqlarıdır.
Ayrıca,
BƏƏ rəhbərliyi hazırda danışıqları aparılan İranla daha kompleks razılaşmaya
onun qonşularına hücum etməməyi və Hormuz boğazından gəmilərin keçidinə mane
olmamağı öhdəsinə götürən bəndin daxil edilməsini tələb edib. Əmirliklərin
tələbinə görə, bu bənd BMT Təhlükəsizlik Şurası səviyyəsində təsbit edilməlidir.
BƏƏ ABŞ ilə İran arasında
müzakirə olinan razılaşmadan narazı qalan yeganə ölkə deyil, Küveyt və
İordaniya da bu ölkələr sırasındadır. İranın raket zərbələrinə məruz qalan
ölkələrin hamısı Rubioya öz düşüncələrini çatdırıblar. Onlar da dəyən ziyanın
bu və ya digər formada qarşılanmasını tələb edirlər. Əslində Dövlət
katibi Körfəz ölkələrini müqavilənin şərtlərinin onların mənafeyinə xidmət
edəcəyini başa salmaq idi. Amma əks arqumentlərlə üz-üzə gəldi. ABŞ-nin bundan
sonra İrana vəd verdiyi 300 milyard dollar həcmində vəsaitin toplanması
məsələsi də müşkülə düşür. Bundan sonra İran da əlinə bəhanə alaraq Hörmüz
boğazının onun mənafeyinə xidmət edəcəyi məsələsində daha möhkəm dayanacaq.
Bəzi mütəxəssislər müharibə nəticəsində İranın
çətin duruma düşdüyünü vurğulayırlar. Amma dərindən diqqət yetirdikdə heç İsrail
və ABŞ də yaxşı durumda deyillər.
Almaz
Abasova.
Siyasi şərhçi
13:08 25.06.2026
Oxunuş sayı: 46