Milanda xidmət avtomobili təyyarə ilə toqquşub
Milanın Linate hava limanında yerüstü xidmət avtomobili manevr zamanı şəxsi təyyarə ilə toqquşub.
Crossmedia.az xəbər verir ki, “Sky TG24” bu barədə məlumat yayıb.
Hadisə avqustun 10-da baş verib.
Toqquşmadan sonra hava limanından uçuşlar təxminən 30 dəqiqə müddətinə dayandırılıb. Gələn iki reys Malpensa və Orio al Serio hava limanlarına yönləndirilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qısa fasilədən sonra hava limanının fəaliyyəti normal rejimə qayıdıb.
00:03 12.08.2026
Oxunuş sayı: 44