Odessada raket zərbəsi: 2 nəfər ölüb, 3 nəfər yaralanıb
Ukraynanın Odessa vilayətinə endirilən zərbə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Odessa vilayət hərbi administrasiyası” bu barədə məlumat yayıb.
Məlumata görə, zərbə içərisində yağ qalıqları olan çənli yük maşınına dəyib.
Zərbədən sonra yük maşını və minik avtomobili yanıb.
Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha üç nəfər isə xəsarət alıb.
23:50 11.08.2026
Oxunuş sayı: 43