Bezos “Liverpul”un üçdə birini ala bilər
Amazon-un qurucusu Jeff Bezos İngiltərənin “Liverpul” futbol klubunun səhmlərinin təxminən üçdə birini almağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, Bezos klubun hazırkı sahibi Fenway Sports Group-dan (FSG) təxminən üçdə bir payın alınmasını nəzərdə tutan investorlar qrupuna daxildir.
İnvestorlar qrupuna “Facebook”un həmtəsisçisi Eduardo Saverin də daxildir. Qrupa Amit Bhatia rəhbərlik edir.
Sövdələşmə baş tutacağı təqdirdə FSG “Liverpul” üzərində nəzarəti saxlayacaq. İnvestisiyanın klubun dəyərini təxminən 4,4 milyard funt sterlinqə, yəni 5,9 milyard dollara çatdıracağı bildirilir.
23:20 11.08.2026
Oxunuş sayı: 44