Şimali Kipr parlamentinin sədri Bakıda keçirilən tədbirdə həmrəyliyə çağırış edib
Konfransa sədrliyi öz üzərinə götürən və ev sahibliyi edən qardaş ölkə Azərbaycan Respublikasına təşəkkürümü bildirirəm. Ötən il Bakıda keçirilmiş Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qruplarının Üçüncü Toplantısı qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verib.
Crossmedia.az xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Ziya Öztürkler deyib.
O, təəssüflə qeyd edib ki, İslam coğrafiyasının bir çox bölgəsində ağır humanitar böhran hökm sürür. “Bu mənzərə qarşısında İslam ölkələri vahid mövqe nümayiş etdirərək bir səs və bir ürək kimi çıxış etməli, ortaq, güclü və qətiyyətli iradə ortaya qoymalı, birgə mübarizə aparmalıdır”, - deyə Ziya Öztürkler vurğulayıb. (AZƏRTAC)
13:36 24.06.2026
Oxunuş sayı: 55