TBMM sədri: Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını yüksək qiymətləndiririk
Rəsmi Ankara Azərbaycanla Ermənistan arasında aparılan və mühüm irəliləyiş əldə olunan sülh danışıqlarını yüksək qiymətləndirir.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda gedən sülh prosesini sonadək dəstəkləyir:
"Ümid edirəm ki, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə əldə olunması nəzərdə tutulan sülh kimi, Qafqazda da Azərbaycan ilə Ermənistan arasında davamlı və səmimi bir sülh bərqərar olacaq. Qiyamətədək bu torpaqlarda, Qafqazda sülhün, əmin-amanlığın və sabitliyin hökm sürdüyü bir bölgə formalaşacaq".
11:26 24.06.2026
Oxunuş sayı: 68