Trampın Zelenskiyə gizli tövsiyəsi ortaya çıxdı
ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə bağlı daha sərt mövqe tutmağı tövsiyə etdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, The Kyiv Independent nəşrinin məlumatına görə, Kiyev artıq Ağ Evin Rusiyanı danışıqlara məcbur etməyə yönəlmiş siyasətinə dəstək verdiyini düşünür.
Nəşrin istinad etdiyi yüksəkvəzifəli ukraynalı rəsmiyə görə, Tramp şəxsi söhbətlərində Zelenskini daha cəsarətli davranmağa çağırıb. Bildirilir ki, ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinin təzyiq olmadan real danışıqlara getməyəcəyinə inanır.
Məlumatda qeyd olunur ki, Vaşinqtonun bu mövqeyi Ukraynanın Moskvanı konstruktiv danışıqlara sövq etmək strategiyasına əlavə dəstək kimi qiymətləndirilir.
16:15 23.06.2026
Oxunuş sayı: 42