Kremldən sərt mesaj: NATO ölkəri artıq niyyətini gizlətmir
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, NATO ölkələri əvvəllər yalnız Kiyev hakimiyyətinə dəstək verməklə kifayətlənirdilərsə, indi artıq Rusiya ilə müharibəyə hazırlaşdıqlarını açıq şəkildə bəyan edirlər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Putin Qərbin Rusiya təhlükəsi ilə bağlı iddialarını yalan adlandırıb və bu bəyanatların militarizasiyanı əsaslandırmaq məqsədi daşıdığını qeyd edib. Onun sözlərinə görə, Moskva bütün dövlətlər üçün bərabər və bölünməz təhlükəsizlik prinsipinin tərəfdarıdır.
Rusiya lideri ölkəsinin istənilən xarici təhdidə operativ və adekvat cavab verməyə hazır olduğunu vurğulayıb. Putin həmçinin nüvə triadasının ardıcıl şəkildə modernləşdirildiyini və ötən il mindən çox silah və hərbi texnika nümunəsinin döyüş şəraitində sınaqdan keçirildiyini bildirib.
16:00 23.06.2026
Oxunuş sayı: 43