Putin: Rusiya nüvə triadasını modernləşdirməyə davam edir
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nüvə triadasının və digər silahlı qüvvələrinin ardıcıl şəkildə modernləşdirildiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Putin Rusiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ordu ən müasir silah və texnologiyalarla təchiz olunur. Rusiya lideri bu addımların ölkənin təhlükəsizliyinin təmin edilməsinə və mövcud təhdidlərə qarşı hazırlığın artırılmasına xidmət etdiyini qeyd edib.
15:25 23.06.2026
Oxunuş sayı: 42