Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəlir
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maгдалена Qrono Azərbaycana səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə o xarici mediaya açıqlamasında bildirib.
"Sabah Bakıya yola düşürəm", — deyə xüsusi nümayəndə qeyd edib.
M. Qrono səfərin proqramı və müzakirə olunacaq məsələlərin təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, Maqdalena Qrono Azərbaycana sonuncu dəfə bu ilin yanvar ayında səfər etmişdi.
15:10 23.06.2026
Oxunuş sayı: 52