Xəzər təhlükə qarşısında: su səviyyəsi sürətlə azalır
İranın ətraf mühit üzrə mütəxəssisləri Xəzər dənizində su səviyyəsinin sürətlə azalması ilə bağlı xəbərdarlıq ediblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəsmisi Omid Sədiqi bildirib ki, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən bu yana təxminən 2,5 metr aşağı düşüb.
Onun sözlərinə görə, bu azalmanın təxminən 1 metri son 4-5 il ərzində qeydə alınıb. Bu da prosesin son dövrdə daha da sürətləndiyini göstərir.
Mütəxəssislər Xəzərdə su səviyyəsinin azalmasının ekoloji və iqtisadi fəsadlarının qarşısını almaq üçün regional fəaliyyət planı hazırlandığını bildiriblər. Sənədin Xəzəryanı ölkələrin iştirakı ilə keçiriləcək görüşdə müzakirəyə çıxarılması planlaşdırılır.
14:00 23.06.2026
Oxunuş sayı: 47