İran millisinin oyunu öncəsi qalmaqal yaşandı
2026-cı il Dünya Kuboku çərçivəsində keçirilən İran–Belçika qarşılaşması öncəsi Los-Ancelesdə İslam Respublikasının tərəfdarları və əleyhdarları arasında gərginlik yaşanıb.
Crossmedia.az sosial mediada yayılan görüntülərə istinadən xəbər verir ki, milli komandaya dəstək vermək üçün stadiona gələn və rəsmi İran bayrağı daşıyan şəxslərlə hakimiyyət əleyhdarları arasında fiziki qarşıdurmanın baş verdiyi görünür.
Məlumata görə, İran millisinin Dünya Kubokundakı əvvəlki oyunlarında da stadion girişlərində tərəflər arasında mübahisələr qeydə alınıb. Lakin bu dəfə qarşıdurmanın fiziki toqquşmaya çevrildiyi bildirilir.
Qeyd olunur ki, tərəflər arasında qarşılıqlı təhqirlər, foto və video çəkilişləri ilə bağlı mübahisələr, eləcə də görüntülərin internetdə paylaşılması ilə bağlı hədələr tez-tez yaşanır.
13:45 23.06.2026
Oxunuş sayı: 45